Tramp: “Mənsiz qərar verə bilməzdilər” | VİDEO

   Tramp: “Mənsiz qərar verə bilməzdilər”    | VİDEO
  10 İyul 2025    Oxunub:1029
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılmasına kimin göstəriş verdiyinin “təfərrüatlarına varmayıb”. Lakin ondan xəbərsiz qərar verilə bilməzdi, çünki bundan ilk xəbər tutan özü olardı.
AzVision.az xəbər verir ki, Amerika lideri “YouTube”-də yayımlanan jurnalistlərlə söhbətində belə deyib.
Jurnalistlərdən biri Donald Trampa Kiyevə yardımın dayandırılması barədə dəqiq kimin göstəriş verdiyinə əmin olmadığını dediyini xatırladıb.

“Açığı, mən bu barədə düşünməmişəm, çünki biz hazırda Ukraynanı və ona sursatın verilməsini nəzərdən keçiririk. Amma bu barədə düşünməmişəm, baxmamışam. Qərar verilsəydi, bilərdim. İlk bilən mən olardım və ilk bilən mən olacağam”, - ABŞ prezidenti bildirib.

Heqset özü Ukraynaya yardımı dayandırıb
Maraqlıdır ki, bundan əvvəl Amerikanın “CNN” telekanalı vəziyyətlə tanış olan beş mənbəyə istinadən xəbər vermişdi ki, ABŞ-nin Müdafiə naziri Pit Heqset Ukraynaya silah tədarükünü dayandırmaq qərarı barədə Ağ Evi məlumatlandırmayıb.

Bu, ABŞ prezidentinin administrasiyası daxilində “qızğın müzakirələrə səbəb olub”. Elə həmin gün administrasiyasının iclasında Donald Tramp Kiyevə yardımın dayandırılmasına görə məsuliyyət daşımadığını və buna haqq qazandırmadığını bildirib.

Xatırladaq ki, mənbələrə istinad edən “Axios” portalı dünən ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri üçün dərhal on raket ötürəcəyi vədini verdiyini yazıb. Tramp həmçinin əlavə tədarük kanallarının tapılmasına kömək etməyə hazır olduğunu deyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Heqset   Ukrayna  



Xəbər lenti